...

Biz yeni bir platforma yaratmalı və proseslərin içində olmalıyıq - BTQ rəsmisi

Siyasət Materials 31 Oktyabr 2025 16:29 (UTC +04:00)
Biz yeni bir platforma yaratmalı və proseslərin içində olmalıyıq - BTQ rəsmisi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Biz dəfələrlə İnsan Hüquqları Komitəsinə və İnsan Hüquqları Şurasına Fransa tərəfindən müstəmləkəyə çevrilmiş regionlarla bağlı hesabatlar təqdim etmişik.

Trend xəbər verir ki, bunu bu gün Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən və Belçikanın müstəmləkə keçmişinə, eləcə də onun hazırkı ağır fəsadlarına həsr olunmuş “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransda səsləndirib.

Onun sözlərinə görə, Fransız Polineziyası və Yeni Kaledoniya məsələlərində bu istiqamətdə kifayət qədər müsbət nəticələr əldə olunub:

“Bu, sadəcə bir nümunədir, lakin mən inanıram ki, siz də fəaliyyətinizi eyni dərəcədə ardıcıl və konstruktiv şəkildə qurmaqla nəticə əldə edə biləcəksiniz”.

O, həmçinin yeni bir platforma yaratmağın vacibliyini vurğulayıb: “Biz yeni bir platforma formalaşdırmalıyıq. Bu platformada proseslərin bir hissəsinə çevrilməli, beynəlxalq ictimaiyyətə konkret sübutlar təqdim etməliyik”.

Abbasov növbəti mərhələdə atılacaq addımlardan da danışıb: “Birləşmiş Millətlər Təşkilatına təqdim olunacaq hesabatlar hazırlamalıyıq. Mən İnsan Hüquqları Komitəsinə və BMT Şurasına hesabat təqdim etməyə söz vermişdim. Eyni zamanda, biz ardıcıl şəkildə meşə qırılması və təzminat məsələlərinə həsr olunmuş beynəlxalq tədbirlər keçirməliyik”.

O əlavə edib ki, birlikdə təzminatlar üçün vahid strategiya və ya əməli fəaliyyət planı hazırlanması mümkündür: “Biz ideyalara açığıq, təkliflərə açığıq. Təzminatlar üçün yeni bir platforma yaratmağa və ən yaxşı təcrübələrimizi bölüşməyə hazırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti