Bakı. Trend:
Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti astronavtlardan ibarət qrup - “Şencou-21” (Shenzhou-21) missiyası kosmosa göndərilir.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, “Şencou-21” missiyasında kosmosa astronavtlar Can Lu (pilot və heyətin kapitanı), U Fey (uçuş mühəndisi) və Can Honcandan (yükləmə mütəxəssisi) uçacaq.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzini və heyətin yaşayış yerini əhatə edən əsas modul olan “Tianhe”dan və “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir.
“Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb.
 
                                    