...

İtaliyada leysan yağışlar daşqınlara səbəb olub

Dünya xəbərləri Materials 31 Oktyabr 2025 12:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın şimal və mərkəzi bölgələrində qeyri-sabit hava müşahidə olunur. Leysan yağışlardan sonra Toskaniya əyalətinin bir çox ərazilərində küçələr və yollar su altında qalıb, bölgənin çaylarında su səviyyəsi əhəmiyyətli dərəcədə artıb

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Leysan yağışlarının ən çox Piza və Livornoya zərbə vurduğu deyilir. Qeyd olunan bölgələrdə izafi yağıntı suları nəqliyyatın hərəkətini çətinləşdirib.

İtaliyanın Mülki Müdafiə qurumu Toskaniyanın bir sıra şəhərlərində geniş-miqyaslı təxliyə əməliyyatlarına başlayıb. Yağıntılı hava kütlələrinin hazırda ölkənin cənubuna doğru irəlilədiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti