Bakı.Trend:
“I Leopold Konqonu öz şəxsi mülkiyyəti kimi idarə edirdi. O, məcburi əməyə, şikəst etmələrə və dəhşətə əsaslanan bir rejim qurmuşdu”.
Trend xəbər verir ki, bu fikirləri Brazilia Universitetinin doktorantı, tədqiqatçı Luis Flipp Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkı ağır fəsadlarına həsr olunmuş “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, konqolu işçilər, reallıqda mümkün olmayan planları yerinə yetirərək, rezin və fil sümüyü toplamağa məcbur edilirdilər:
“Qeyd etmək vacibdir ki, bu tələbləri yerinə yetirə bilməyənlər əllərinin kəsilməsi, edam, dini inanclarına qarşı təzyiq və digər zorakılıq formaları ilə üzləşirdilər”.
Tədqiqatçı əlavə edib ki, Birinci Respublikanın əsgərləri, yəni o dövrün ictimai qüvvələri hətta istifadə olunan güllələrin sayını sübut etmək üçün kəsilmiş əlləri təqdim etməyə məcbur edilirdilər.
“Bu, zorakılığı inzibati sistemin bir hissəsinə çevirən bir “nəzarət mexanizmi” idi. Vurğulamaq istərdim ki, bu, təsadüfi zorakılıq deyildi, idarəetmənin məqsədyönlü bir ölçüsü idi. Zorakılıq, iqtisadi istismarı və irqi iyerarxiyanı möhkəmləndirən siyasi bir dilə, alətə çevrilmişdi”.
 
                                     
                            