...

Pentaqon Ukraynaya "Tomahawk" raketlərinin göndərilməsinə icazə verib

Dünya xəbərləri Materials 31 Oktyabr 2025 22:05 (UTC +04:00)
Pentaqon Ukraynaya "Tomahawk" raketlərinin göndərilməsinə icazə verib

Bakı. Trend:

ABŞ Müharibə Nazirliyi Ağ Evə Ukraynaya "Tomahawk" qanadlı raketlərinin tədarükünə icazə verib.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, son qərarı isə prezident Donald Tramp verəcək.

Bildirilib ki, Pentaqon hesab edir ki, "Tomahawk"ların Kiyevə göndərilməsi Amerika arsenalına mənfi təsir göstərməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti