...

Tramp Çinlə uzunmüddətli ticarət razılaşması gözlədiyini bildirib

Dünya xəbərləri Materials 1 Noyabr 2025 02:31 (UTC +04:00)
Tramp Çinlə uzunmüddətli ticarət razılaşması gözlədiyini bildirib

Bakı. Trend:

ABŞ Çinlə davamlı ticarət razılaşması əldə etməyə çalışır.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp deyib..

"Çinlə müqavilə əla olacaq. O, davamlı olacaq", - deyə ABŞ prezidenti jurnalistlərə bildirib.

"Gördüyünüz kimi, mən Prezident Si ilə çox yaxşı yola gedirdim", - deyə D.Tramp oktyabrın 30-da Koreya Respublikasında keçirilən APEC sammiti çərçivəsində baş tutan ikitərəfli görüşə toxunaraq qeyd edib.

"Düşünürəm ki, onlarla uzun müddət gözəl münasibətlərimiz olacaq", - deyə ABŞ prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti