Bakı. Trend:
Venesuela ABŞ-nin hərbi təzyiqlərinə cavab olaraq Rusiya, Çin və İrandan kömək istəyib.
Trend-in məlumatına görə, bu barədə "The Washington Post" qəzeti xəbər verib.
Məlumata əsasən, Venesuela prezidenti Nikolas Maduro Rusiya prezidenti Vladimir Putinə konkret xahişlərin sadalandığı məktub göndərib. İddialara görə, sənəd Rusiya rəhbərliyinə Venesuela nəqliyyat naziri Ramon Velaskes tərəfindən oktyabrın əvvəlində Maduronun Moskvaya səfəri zamanı təqdim edilib.
Maduro, xüsusən də, Rusiyadan Venesuelanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsində, əvvəllər Karakas tərəfindən Moskvadan alınan təyyarələrin təmirində və raket silahlarının əldə edilməsində kömək istədiyi iddia edilib.