Bakı. Trend:
Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatı start götürüb.
Trend xəbər verir ki, yarışda 29 ölkədən idmançılar iştirak edir.
Azərbaycan millisinin 1 üzvü ilk gündə mərhələ adlayıb. Əli Abaslı (52 kq) 1/16 finalda İtaliya təmsilçisi Qabriel Cuffarini üzərində 5:0 (30:26, 30:25, 30:27, 30:26, 30:25) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşdə ilk mərhələdən azad olan Rumıniya təmsilçisi İoan-Serban Stoiça ilə qarşılaşacaq. Döyüş dekabrın 12-də keçiriləcək.
Qeyd edək ki, Avropa çempionatı dekabrın 17-də yekunlaşacaq.
