...

Əfsanəvi futbolçu Roberto Karlos xəstəxanaya yerləşdirilib

İdman Materials 1 Yanvar 2026 03:14 (UTC +04:00)
Əfsanəvi futbolçu Roberto Karlos xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Türkiyənin “Fənərbağça” klubunun braziliyalı sabiq futbolçusu Roberto Karlos ürək tutması səbəbilə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri xəbər verib.

Məlumata əsasən, veteran oyunçunun səhhətinin hazırda stabil olduğu, həyati təhlükəsinin olmadığı bildirilib. Həkimlərin qərarına əsasən, o, bir müddət tibbi nəzarət altında saxlanılacaq.

Roberto Karlos futbol karyerası ərzində İtaliyanın "İnter" və İspaniyanın "Real Madrid" kimi tanınmış komandalarında çıxış edib, Braziliya millisinin heyətində mühüm uğurlara imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti