Bakı. Trend:
“Fənərbağça” fransız futbolçu N’Qolo Kante ilə 2,5 illik müqavilə bağladığını açıqlayıb.
Trend-in məlumatına görə, klub bu barədə Türkiyə Futbol Federasiyasına məlumat verib.
Əvvəllər fransız futbolçunun “Əl-İttihad”la müqaviləsinin ləğv olunduğu bildirilmişdi.
Eyni zamanda Yusif Ən-Nəsir “Fənərbağça” ilə müqaviləsini ləğv edib. Jurnalist Santi Aunanın məlumatına görə, hücumçu “Əl-İttihad”la yeni müqavilə imzalayacaq.
