Bakı. Trend:
Türkiyənin "Fənərbağça" komandası futbolçusu Anderson Talişka ilə yeni müqavilə imzalayıb.
Trend-in məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilib.
Məlumata əsasən, braziliyalı hücumçunun sözləşməsinin müddəti 2028-ci ilin yayınadək uzadılıb.
Qeyd edək ki, Anderson Talişka 2025-ci ilin yanvar ayından "Fənərbağça"da çıxış edir.