...

195-2 Çağrı Mərkəzinin səsli menyu xidmətindən 300-ə yaxın vətəndaş istifadə edib

İqtisadiyyat Materials 17 Avqust 2016 17:30 (UTC +04:00)
İyul ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinin səsli menyu xidmətindən 300-ə yaxın vətəndaş istifadə edib.
195-2 Çağrı Mərkəzinin səsli menyu xidmətindən 300-ə yaxın vətəndaş istifadə edib

Bakı. Trend:

İyul ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinin səsli menyu xidmətindən 300-ə yaxın vətəndaş istifadə edib.

 

İqtisadiyyat Nazırliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 7 istiqamət üzrə məlumat verən Çağrı Mərkəzinin səsli menyusundan istifadə edənlər daha çox nazirlik tərəfindən təqdim edilən lisenziyalar barədə məlumat əldə ediblər. 

Məlumatda qeyd olunur ki, İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzi canlı rejimdə fəaliyyət göstərdiyi zaman müraciət edənlərə səsli menyu vasitəsilə “1” düyməsini seçərək operatorla canlı əlaqə yaratmaqla bərabər, “2” düyməsini seçməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair müvafiq ümumi məlumatlar əldə etmək imkanı verir. Belə ki, vətəndaş 195-2-2 yığdıqdan sonra “1” düyməsi vasitəsilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları, “2” düyməsi vasitəsilə İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar, “3” düyməsi vasitəsilə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədinin verilməsi Qaydası, “4” düyməsi vasitəsilə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası, “5” düyməsi vasitəsilə İqtisadiyyat Nazirliyi tərəfindən qrant müqavilələrinin (qərarların) qeydə alınması Qaydası, “6” düyməsi vasitəsilə sahibkarlıq sahəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən yoxlamaların dövlət tənzimlənməsi və “7” düyməsi vasitəsilə istehlakçıların hüquqlarının müdafiəsi barədə ümumi məlumatlar əldə edə bilər.

 

Xəbər lenti

Xəbər lenti