...

"Apple" mağazaları "Store"suz olacaq

İqtisadiyyat Materials 19 Avqust 2016 17:28 (UTC +04:00)
"Apple" korporasiyası dünya üzrə bütün mağazalar şəbəkəsindən "Store" sözünü götürərək, rebrending etməyə hazırlaşır.
"Apple" mağazaları "Store"suz olacaq

Bakı. Elçin Hüseynov - Trend:

"Apple" korporasiyası dünya üzrə bütün mağazalar şəbəkəsindən "Store" sözünü götürərək, rebrending etməyə hazırlaşır. Bu barədə Trend "MacRumors" xususiləşdirilmiş internet portalına istinadən xəbər verir.

Artıq korporasiyanın bir neçə internet-mağazalarının adları dəyişdirilib - onlar yerləşdiyi ünvanlara uyğun adlandırılıb. Məsələn, "Apple Store, Valley Fair"  əvəzinə, mağazanın adı "Apple Valler Fair" olub.  "Apple Store, The Grove" mağazanın adı isə  "Apple The Grove" olub.

Rebrendingin (brendin yenilənməsi) keçirilməsi "Apple" tərəfindən yeni ticarət mərkəzlərinin açıilması ilə əlaqələndirilir. Öncə rebrending yeni açılan mağazalarda olacaq, tədricən isə bütün ticarət şəbəkələrinə yayılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti