...

Bosniya və Herseqovina Azərbaycan şirkətlərini tenderdə iştiraka dəvət edir

İqtisadiyyat Materials 20 Sentyabr 2016 12:40 (UTC +04:00)
Bosniya və Herseqovina rəsmiləri Azərbaycan şirkətlərini, o cümlədən Balkanlarda öz işinin keyfiyyəti ilə tanınan “AzVirt”i Çin və Avropa təsisatları tərəfindən maliyyələşdirilməsi planlaşdırılan və ümumi dəyəri 1 milyard avro olan layihələrlə bağlı tenderdə iştiraka dəvət edib.
Bosniya və Herseqovina Azərbaycan şirkətlərini tenderdə iştiraka dəvət edir

Bakı. Trend:

Bosniya və Herseqovina rəsmiləri Azərbaycan şirkətlərini, o cümlədən Balkanlarda öz işinin keyfiyyəti ilə tanınan “AzVirt”i Çin və Avropa təsisatları tərəfindən maliyyələşdirilməsi planlaşdırılan və ümumi dəyəri 1 milyard avro olan layihələrlə bağlı tenderdə iştiraka dəvət edib.

XİN-dən Trend-ə verilən məlumata görə, Azərbaycanın Bosniya və Herseqovinadakı (BvH) səfiri Eldar Həsənov BvH-nın Rəyasət Heyətinin Bakir İzetbeqoviç, BvH-nin xarici işlər naziri İqor Tsrnadak, BvH-nin energetika naziri Nermin Cinciç, “BvH-nin Daha Yaxşı Gələcəyi naminə Birlik” Partiyasının (SBB Partiyası) sədri Fahrudin Radonçiçlə görüşlər keçirib.

B.İzetbeqoviçlə görüş zamanı E.Həsənov Azərbaycanla BvH arasında qarşılıqlı maraq doğuran ikitərəfli və beynəlxalq məsələlər ətrafında müzakirə aparıb, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hazırkı durum barədə qarşı tərəfə ətraflı məlumat verib.

İ.Tsrnadakla görüşdə Azərbaycan ilə BvH arasında mövcud dostluq münasibətlərinin daha da dərinləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı səfərlərin təşkili, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və viza məsələlərinə dair müzakirələr aparılıb.

F.Radonçiç və bu partiyanın üzvü, BvH-nin energetika naziri N.Cinciçlə görüşdə sonuncunun xahişi ilə Azərbaycanın “AzVirt” şirkətinin Avropa üzrə əlaqələndiricisi M.Türkoğlu da iştirak edib.

Görüş zamanı N.Cinciç BvH hökumətinin ölkədə həyata keçirməyi planlaşdırdığı və tenderə çıxaracağı “5C nəqliyyat dəhlizi” və Tuzla və Kakan şəhərlərində istilik enerjisi layihələri barədə məlumat verib. O, bu sahələrdə təcrübəsi olan Azərbaycan şirkətlərini, o cümlədən Balkanlarda öz işinin keyfiyyəti ilə tanınan “AzVirt”i Çin və Avropa təsisatları tərəfindən maliyyələşdirilməsi planlaşdırılan və ümumi dəyəri 1 milyard avro olan bu layihələrlə bağlı tenderdə iştiraka dəvət edib.

Səfir E.Həsənov Azərbaycan şirkətlərinə göstərilən etimada və dəvətə görə təşəkkürünü bildirib, dəvətin Azərbaycanın aidiyyəti qurumlarına çatdırılacığını söyləyib. Eyni zamanda, ölkəmizin iştirak etdiyi enerji layihələri – “Cənub Qaz Dəhlizi”, onun tərkib hissələri olan TANAP və TAP barədə qarşı tərəfə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti