...

Neft Fondu 20 banka 70,2 mln. dollar satıb

İqtisadiyyat Materials 27 Sentyabr 2016 12:32 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Neft Fondu  20 banka 70,2 mln. dollar satıb

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan Trend-ə verilən məlumata görə, 70,2 milyon ABŞ dolları məbləğində vəsait 20 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti