...

SOCAR-da "Fasiləsiz Təkmilləşmə Sisteminin Tətbiqi"nə başlanıldı

İqtisadiyyat Materials 5 Oktyabr 2016 12:19 (UTC +04:00)
SOCAR-da istehsal prosesində yaranan itkilərin aradan qaldırılması, xərclərin azaldılması və əməliyyat fəaliyyəti səmərəliliyinin artırılması, əməyin təhlükəsizliyi səviyyəsinin qaldırılması və s. üzrə ideyaların mütəşəkkil qəbulunu təmin edən “Fasiləsiz Təkmilləşmə Sisteminin (FTS) Tətbiqi” layihəsinə başlanılıb.
SOCAR-da "Fasiləsiz Təkmilləşmə Sisteminin Tətbiqi"nə başlanıldı

Bakı. Trend:

SOCAR-da istehsal prosesində yaranan itkilərin aradan qaldırılması, xərclərin azaldılması və əməliyyat fəaliyyəti səmərəliliyinin artırılması, əməyin təhlükəsizliyi səviyyəsinin qaldırılması və s. üzrə ideyaların mütəşəkkil qəbulunu təmin edən “Fasiləsiz Təkmilləşmə Sisteminin (FTS) Tətbiqi” layihəsinə başlanılıb.

Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.

Layihənin məqsədi SOCAR-da fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində yaradıcı ideyaların və təkliflərin Şirkətin əməkdaşlarından toplanması, təhlili və tətbiq edilməsi, əməkdaşlarda “Qənaətcil istehsal” alətlərinin tətbiqi sahəsində peşəkarlığın inkişaf etdirilməsi yolu ilə onların mentalitetinin dəyişdirilməsidir. Bütövlükdə SOCAR-ı əhatə edəcək layihənin tətbiqi üzrə Nəqliyyat İdarəsinin bazasında avqustun 15-dən Pilot layihənin həyata keçirilməsinə başlanılıb və dekabrın 31-də başa çatdırılması planlaşdırılır.

SOCAR-ın strukturuna daxil olan digər qurumlarda da “Fasiləsiz Təkmilləşmə Sisteminin Tətbiqi” layihəsinin tətbiqinə fevralın 1-də başlanılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti