...

Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisinə başlanılıb (VİDEO/FOTO)

İqtisadiyyat Materials 6 Oktyabr 2016 13:13 (UTC +04:00)
Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisinə başlanılıb.
Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisinə başlanılıb (VİDEO/FOTO)

Bakı. Trend:

Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisinə başlanılıb.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, avtomobil yolunun uzunluğu 14 km, mövcud eni isə 7-9 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilərək 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə piyada səkilərinin tikintisi və yol boyu yeni səki daşlarının düzülməsi nəzərdə tutulub.

Tikintisi layihəsi çərçivəsində hazırda yol boyu maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması, səkilərin tikintisi və yol boyu yeni səki dalaşlarının düzülməsi işləri həyata keçirilir. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılacaq və genişləndirilmiş ərazilərə də daxil olmaqla karbonat materialı tökülərək yenidən kipləşdirilərək yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətiriləcək. Yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi borunun quraşdırılması və 1.1 km uzunluğunda yeni işıqlandırma sisteminin qurulması işlərinin də aparılması nəzərdə tutulub. Layihə üzrə avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Tikinti işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti