...

3 maliyyə təşkilatının səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb

İqtisadiyyat Materials 6 Oktyabr 2016 17:05 (UTC +04:00)
Palata tərəfindən "Turanbank" ASC-nin hər birinin nominal dəyəri 1,082 manat olan 4,622 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1002005549 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
3 maliyyə təşkilatının səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən "Turanbank" ASC-nin hər birinin nominal dəyəri 1,082 manat olan 4,622 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1002005549 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan Trend-ə verilən məlumata görə, həmçinin 3 oktyabrda "Unibank" ASC-nin hər birinin nominal dəyəri 2.72 manat olan 20,220,589 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1003002024 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Bundan əlavə, 29 sentyabrda "AzFinance İnvestisiya Şirkəti" QSC-nin hər birinin nominal dəyəri 1,000 manat olan 550 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1001019715 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Hər üç Cəmiyyətin səhmlərinin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti