...

Rüfət Aslanlı: Hökumət yeni iqtisadi model üzərində çalışır

İqtisadiyyat Materials 7 Oktyabr 2016 17:00 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı oktyabrın 6-da İtaliya Milli Mikrokredit Agentliyinin sədri Mario Baccininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Rüfət Aslanlı: Hökumət yeni iqtisadi model üzərində çalışır

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı oktyabrın 6-da İtaliya Milli Mikrokredit Agentliyinin sədri Mario Baccininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Palatadan Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla İtaliya arasında mikrokreditləşmə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Mikrokreditlərin verilməsi üzrə İtaliya modelindən söz açan M.Baccini mikromaliyyələşmənin kiçik sahibkarlığın inkişafına ciddi dəstək olduğunu vurğulayıb. Görüşdə bu modelin Azərbaycanda tətbiqi məsələləri müzakirə edilib.

Ölkənin maliyyə sektorunda stabilliyin təmin olunması, eləcə də əhalinin və investorların hüquqlarının qorunması istiqamətində Palatanın gördüyü işlərdən bəhs edən Direktorlar Şurasının sədri R.Aslanlı hökumətin yeni iqtisadi model üzərində çalışdığını və kiçik sahibkarlığın inkişafının önəmli istiqamətlərdən biri kimi nəzərdə tutulduğunu bildirdi. Onun sözlərinə görə İtaliyanın mikrokreditləşmə təcrübəsi ölkəmiz üçün maraqlıdır və dərindən öyrəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti