...

Səfir: Böyük Britaniya Azərbaycanda ən iri investor kimi qalmağı planlaşdırır (ÖZƏL)

İqtisadiyyat Materials 15 Oktyabr 2016 08:18 (UTC +04:00)
Böyük Britaniya hazırda Azərbaycanda ən iri xarici investordur və bu mövqeyini qoruyub saxlamaq niyyətindədir.
Səfir: Böyük Britaniya Azərbaycanda ən iri investor kimi qalmağı planlaşdırır (ÖZƏL)

Bakı. Anaxanım Hidayətova - Trend:

Böyük Britaniya hazırda Azərbaycanda ən iri xarici investordur və bu mövqeyini qoruyub saxlamaq niyyətindədir. Bunu Trend-ə eksklüziv müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələr hazırda həmişəkindən daha güclüdür: "Britaniya azərbaycanlı turistlər üçün əsas istiqamət olaraq qalır, axı ingilis dili təkcə ticarət dili deyil, həm də akademik, araşdırma, texnologiya və inkişaf dilidir".

Britaniya səfiri:  Qarabağ münaqişəsinin həlli bütün regiona xeyir gətirəcək (ÖZƏL)

Britaniya səfiri: Qarabağ münaqişəsinin həlli bütün regiona xeyir gətirəcək (ÖZƏL)

Səfir bildirib ki, Böyük Britaniyanın bir sıra nümayəndə heyəti yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədirlər, lakin təfərrüatlar hələ yoxdur. O həmçinin əlavə edib ki, gələn ilin əvvəlində Azərbaycanla Böyük Britaniya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasının keçirilməsi planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti