...

Mərkəzi Bankda ödəniş kartları ilə fırıldaqçılıq sahəsində risklərin idarə olunması ilə bağlı görüş keçirilib

İqtisadiyyat Materials 14 Oktyabr 2016 17:36 (UTC +04:00)
Mərkəzi Bankda Ödəniş kartları ilə fırıldaqçılıq sahəsində risklərin idarə olunması üzrə İşçi Qrupunun növbəti görüşü keçirilib.
Mərkəzi Bankda ödəniş kartları ilə fırıldaqçılıq sahəsində risklərin idarə olunması ilə bağlı görüş keçirilib

Bakı. Trend:

Mərkəzi Bankın təşkilatçılığı ilə ölkədə ödəniş kartları bazarının inkişaf etməsi, ödəniş kartları vasitəsilə aparılan əməliyyatlarda baş verə biləcək fırıldaqçılıq hallarının qarşısının alınması və bu hallara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən Ödəniş kartları ilə fırıldaqçılıq sahəsində risklərin idarə olunması üzrə İşçi Qrupunun növbəti görüşü keçirilib.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, ölkənin bir sıra kommersiya bankları, prosessinq xidmət mərkəzləri və hüquq mühafizə orqanlarının ekspertlərindən ibarət İşçi Qrupunun görüşünə dəvət olunmuş “Mastercard Worldwide” beynəlxalq kart təşkilatının ödəniş kartları üzrə risklər sahəsində biznes lideri Cem Kibaroğlu çıxış edərək, beynəlxalq təcrübədə fırıldaqçılıq sahəsində son tendensiyalar və onlara qarşı preventiv mübarizə tədbirləri barədə ətraflı məlumat və müvafiq tövsiyələr verdi.

Ümumiyyətlə ötən dövr ərzində İşçi Qrupu tərəfindən bankların aidiyyəti mütəxəssisləri üçün beynəlxalq kart təşkilatları ilə birlikdə risklərin idarə olunması, elektron ödənişlərdə kibercinayətkarlıq hallarının aradan qaldırılması istiqamətində bir sıra seminarlar keçirilmiş, müxtəlif normativ hüquqi aktların müzakirəsi, kart təhlükəsizliyinin artırılması üzrə tövsiyələr hazırlanmış və digər tədbirlər həyata keçirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti