Bakı. Trend:
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 oktyabr 2016-cı il tarixli qərarına əsasən “Naxçıvanbank” ASC-nin “Ordubad rayon” filialı və “Kapital Bank” ASC-nin “Bakı Limanı” şöbəsinin açılması üçün icazə verilib.
Bu barədə Trend-ə Palatadan məlumat verilib.
Bildirilir ki, sözügedən banklar tərəfindən struktur bölmələrinin fəaliyyətə başlamaları üçün Palataya daxil olmuş müraciətlər müsbət dəyəndirilib və onların açılmasına dair qərar qəbul edilib.