...

Tacikistan Azərbaycanda sahibkarların müdafiəsi sahəsində təcrübəni öyrənir

İqtisadiyyat Materials 4 Noyabr 2016 12:54 (UTC +04:00)
Tacikistan nümayəndə heyəti üçün Azərbaycanda sahibkarlığın inkişafı barədə təqdimat keçirilib.
Tacikistan Azərbaycanda sahibkarların müdafiəsi sahəsində təcrübəni öyrənir

Bakı. Trend:

Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədr müavini Nigina Anvarinin rəhbərlik etdiyi nümayəndə heyəti sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi sahəsində Azərbaycan təcrübəsini öyrənmək məqsədi ilə İqtisadiyyat Nazirliyində olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti ilə görüşdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Prezidentinin islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq subyektlərində yoxlamaların tənzimlənməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Görüşdə həmçinin, Tacikistan nümayəndə heyəti üçün Azərbaycanda sahibkarlığın inkişafı barədə təqdimat keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti