...

Goranboy və Naftalanın qaz təchizatında məhdudiyyət olacaq

İqtisadiyyat Materials 15 Noyabr 2016 11:40 (UTC +04:00)
“Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Goranboy və Naftalanın qaz təchizatında məhdudiyyət olacaq

Bakı. Trend:

“Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu gün saat 12:00-dan 18:00-dək “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin xidməti ərazisində olan hissəsində və “Goranboy” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin Goranboy və Naftalan rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti