...

Biləcəri və Xırdalan stansiyalarında son tamamlama işləri görülür (FOTO)

İqtisadiyyat Materials 15 Noyabr 2016 14:36 (UTC +04:00)
Azərbaycan polad magistralı özünün yeni inkişaf mərhələsindədir.
Biləcəri və Xırdalan stansiyalarında son tamamlama işləri görülür   (FOTO)

Bakı. Trend:

Azərbaycan polad magistralı özünün yeni inkişaf mərhələsindədir. “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, dəmir yolunda infrastrukturun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər olunub. Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastrukturun yeniləşdirilməsi görülən işlərin əsas tərkib hissələrindən biridir.

Noyabrın 19-dan Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilməsi nəzərdə tutulur. Bununla bağlı hazırlıq işləri başa çatmaq üzrədir.

Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq hazırdır. Hazırda son tamamlama işləri görülür.

Xırdalan stansiyasiyasında isə 450 metr uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti