...

Dövlət Komitəsi yerli və xarici iş adamlarına müraciət etdi

İqtisadiyyat Materials 26 Dekabr 2016 14:36 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici iş adamlarını investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirmədə iştiraka dəvət edib.
Dövlət Komitəsi yerli və xarici iş adamlarına müraciət etdi

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici iş adamlarını investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirmədə iştiraka dəvət edib.

Bu barədə Trend-ə Komitədən məlumat verilib.

Müraciətdə bildirilir ki, indi şəxsi biznesinizə yatırdığınız investisiya qarşılığında hazır infrastrukturu, avadanlıqları və tikililəri olan dövlət müəssisəsinin yeni sahibinə çevrilə bilərsiniz. Dövlətin əsas hədəfi özəl investisiyalar hesabına iqtisadi aktivliyin yüksəldilməsi, müəssisələrin fəaliyyətinin canlandırılması, yeni avadanlıq və texnologiyaların tətbiqi, habelə yeni iş yerlərinin açılmasından ibarətdir.

İnvestisiyanın həcmindən və icra olunacaq layihənin xüsusiyyətindən asılı olaraq, dövlət büdcəsinə ediləcək ödənişlərə müəssisənin bazar dəyəri ilə müqayisədə böyük güzəştlərin tətbiqi nəzərdə tutulur. Hər hansı müəssisənin özəlləşdirilməsinə maraq yaranarsa təşkilatlararası müsabiqə komissiyası tərəfindən ən az 30 gün əvvəl satış şərtlərini özündə əks etdirən elan verilməklə bütün iddiaçılara bərabər hüquqlu şərait yaradan şəffaf müsabiqə proseduru icra ediləcək.

Həmin müəssisələr haqqında ətraflı məlumatları “Özəlləşdirmə Portalı”ndan (http://privatization.az/index.php/az/sas-s-hif/mue-ssis-l-r-2/mue-ssis-l-r-3) əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti