...

"Azsığorta"nın Direktorlar Şurasına yeni sədr təyin olunub

İqtisadiyyat Materials 12 Yanvar 2017 09:59 (UTC +04:00)
30 dekabr 2016-cı il tarixində səhmdarlar yığıncağının qərarına əsasən, Viladi Manıyev "Azsığorta" şirkətinin Direktorlar Şurasının yeni sədri təyin edilib.
"Azsığorta"nın Direktorlar Şurasına yeni sədr təyin olunub

Bakı. Trend:

30 dekabr 2016-cı il tarixində səhmdarlar yığıncağının qərarına əsasən, Viladi Manıyev "Azsığorta" şirkətinin Direktorlar Şurasının yeni sədri təyin edilib.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

V.Manıyev Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1975-1993-cü illərdə Bakıda və Moskvada akademik fəaliyyətlə məşğul olub. 1993-cü ildən kommerasiya təşkilatlarında çalışmağa başlayıb. 1996-cı ildən sığorta sahəsində karyerasını davam etdirib və artıq 20 ildir ki bu sahədə fəaliyyət göstərir. “ASC Insurance Company”, “Caspian Insurance”, “Chartis Azerbaijan” və “Qala Sığorta” kimi şirkətlərdə İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2008-2010-cu illərdə Amerika Azərbaycan Ticarət Palatasının bank, maliyyə və sığorta komitəsinin sədri olub. Ailəlidir, 2 övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti