Bakı. Trend:
Dünya bazarında neft qiymətlərinin səviyyəsi hələ ki, qiymətlərin balanslaşdırılmasından uzaqdır.
Trend-in məlumatına görə, bunu OPEK-in baş katibi Məhəmməd Barkindo deyib.
Onun sözlərinə görə, neft ölkələrinin hasilatı azaltmaq barədə qərarına baxmayaraq neft ehtiyatları hələ də həddən artıq çoxdur: "Neft bazarında qiymətlərin balanslaşacağını gözləmək tezdir. Hasil olunan neft ehtiyatları həddən artıq çoxdur".