Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı 24 fevral tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, fevralın 24-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7475 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,8490 manat təşkil edir.
1 türk lirəsi 0,4888 manat, 1 rus rublu 0,0303 manat, 1 gürcü larisi isə 0,6755 manatdır.