Bakı. Trend:
2017-ci ilin fevral ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7438 metr, yanvar-fevral aylarında isə 18584 metr qazma işi həyata keçirilib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.
2017-ci ilin fevral ayında qazmadan alınmış 7, il ərzində isə 13 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.