...

"Azsığorta" Şəffaf Vergi Partnyorluğu statusunu əldə edib

İqtisadiyyat Materials 10 Mart 2017 09:55 (UTC +04:00)
Vergilər Nazirliyi fevralın 20-də "Azsığorta" şirkətinə Şəffaf Vergi Partnyorluğu statusu verib.
"Azsığorta" Şəffaf Vergi Partnyorluğu statusunu əldə edib

Bakı. Trend:

Vergilər Nazirliyi fevralın 20-də "Azsığorta" şirkətinə Şəffaf Vergi Partnyorluğu statusu verib.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

"Azsığorta" vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etdiyinə, vergiləri tam həcmdə və vaxtında ödədiyinə, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etdiyinə, gücləndirilmiş elektron imzaya sahib olduğuna, mühasibat uçotunu standartlara uyğun şəkildə apardığına görə bu statusa layiq görülüb.

Həmçinin bu statusu almaq üçün vergi ödəyicisi saxta sənədlər qəbul və təqdim etməməli, son 3 il ərzində iqtisadi sahədə barəsində cinayət təqibi aparılmamalıdır. Bu da onu göstərir ki, "Azsığorta" fəaliyyətini tam şəffaf və qanun çərçivəsində həyata keçirir.

Qeyd edək ki, "Azsığorta" ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti