Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunun Mərdəkan qəsəbəsində işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
müasir istixana kompleksinin, zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, ət kəsimi və üzlük daşların istehsalı müəssisələrinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, telefon: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: [email protected].