...

Cəlilabadda quru müyvə istehsalı üzrə müəssisə yaradılacaq

İqtisadiyyat Materials 1 Aprel 2017 12:47 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəlilabad rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Cəlilabadda quru müyvə istehsalı üzrə müəssisə yaradılacaq

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəlilabad rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəlilabad rayonunda işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

iri fermer, intensiv kartofçuluq, üzümçülük, pambıq, soya, noxud və mərci əkini təsərrüfatlarının, çiyələk emalı və quru meyvə istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, telefon: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: [email protected].

Məqalədə:
Xəbər lenti

Xəbər lenti