...

İmişlidə 6 yaşayış məntəqəsinin yolu yenidən qurulur (VİDEO/FOTO)

İqtisadiyyat Materials 5 Aprel 2017 11:52 (UTC +04:00)
İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolu yenidən qurulur.
İmişlidə 6 yaşayış məntəqəsinin yolu yenidən qurulur (VİDEO/FOTO)

Bakı. Trend:

İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolu yenidən qurulur.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, avtomobil yolunun yenidən qurulması işlərinə artıq başlanılıb. Hazırda yol boyu torpaq işləri görülür.

Aparılan işlər zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilir. Yol geyiminin əsasının tikintisi işləri qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır. Hazır olan hissələrə isə asfalt-beton örtüyü döşənir. Artıq yolun 8 km-lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı döşənib. Ümumilikdə 2 qat olmaqla yolun 140 min m2 sahəsinin asfaltlanması nəzərdə tutulub.

Əvvəllər çınqıl və torpaq örtüklü olan yolla vətəndaşların gediş-gəlişində müəyyən problemlər yaşanırdı. Ancaq yolun yenidən qurulması ilə bu problemlər köklü şəkildə həll olunacaq. Uzunluğu 23 km, eni 10 metr olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur. Tikinti işləri çərçivəsində yolun çiyinlərinin eni hər bir istiqamət üzrə 2, yolun hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək. Asfaltlanma işləri bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları, məlumatverici lövhələr və təhlükəsizlik dirəkləri quraşdırılacaq, üfiqi xətlənmə xətlərinin çəkilişi işləri aparılacaq. Eyni zamanda, yol boyu zəruri olan yerlərdə 30 ədəd suötürücü boru da quraşdırılacaq.

Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılıb. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi 6 yaşayış məntəqəsinin əhalisini gediş-gəlişini xeyli asanlaşdıracaq, təhlükəsiz və maneəsiz hərəkət təmin olunmaqla yük və sərnişin daşıması rahatlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti