...

Ağstafada sahibkarlar üçün treninq keçirilib

İqtisadiyyat Materials 7 Aprel 2017 16:49 (UTC +04:00)
Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafa rayonunun Düzqışlaq kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
Ağstafada sahibkarlar üçün treninq keçirilib

Bakı. Trend:

Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafa rayonunun Düzqışlaq kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

“Üzümçülüyün inkişaf perspektivləri” və “Kənd təsərrüfatında logistika” mövzularını əhatə edən treninqdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", Ağstafa rayonunun iqtisadi pasportu, kənd təsərrüfatında ixtisaslaşma, ekoloji təmiz üzüm istehsalı, üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi, logistik mərkəzlərin yaradılması və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir iştirakçıları həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıblar. Bununla yanaşı, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti