...

Maliyyə sektoru nümayəndələri üçün seminar keçirilib

İqtisadiyyat Materials 23 May 2017 09:45 (UTC +04:00)
Bankların, habelə prosessinq fəaliyyətini həyata keçirən təşkilatların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mövcud potensalın daha da artırılması istiqamətində seminar keçirilib.
Maliyyə sektoru nümayəndələri üçün seminar keçirilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının iştirakı ilə bankların, habelə prosessinq fəaliyyətini həyata keçirən təşkilatların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mövcud potensalın daha da artırılması istiqamətində seminar keçirilib.

Palatadan Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində təşkil olunan seminar ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunub.

Seminar zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının risklərin idarəedilməsi üzrə eksperti tərəfindən bu sahədə müşahidə olunan son trendlər, daha geniş yayılmış dələduzluq halları və onlara qarşı mübarizə tədbirləri, habelə tətbiq olunan proqram yenilikləri və statistik göstəricilər haqqında ətraflı məlumat verilib.

Tədbirdə həmçinin informasiya texnologiyaları sahəsində mövcud inkişaf tempi və kiber hücumlara qarşı təhlükəsizlik tələblərinin möhkəmləndirilməsinin zəruriliyini nəzərə alaraq MBNP-nin banklara ünvanladığı təhlükəsizlik tələbləri açıqlanıb.

Daha sonra qeyd olunan mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılaraq, ödəniş xidmətləri sahəsində qarşıda duran prioritet hədəflər iştirakçılara təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti