...

Səlim Müslümov: İşsizlik müavinətinə ayrılan vəsait 3 dəfədən çox artırılacaq

İqtisadiyyat Materials 2 İyun 2017 11:39 (UTC +04:00)
Hazırda Milli Məclisdə “İşsizlikdən sığorta haqqında” qanun layihəsi müzakirə olunur.
Səlim Müslümov: İşsizlik müavinətinə ayrılan vəsait 3 dəfədən çox artırılacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Hazırda Milli Məclisdə “İşsizlikdən sığorta haqqında” qanun layihəsi müzakirə olunur. Bu il məşğulluq məsələlərinə ümumilikdə cəmi 27 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyev ehtiyat fondundan özünəməşğulluq üçün 6 milyon manat ayırıb.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov AŞPA-nın Milli Məclisdə keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında deyib.

Nazir bildirib ki, əgər həmin qanun qəbul edilib qüvvəyə minərsə bu məbləğ artırılacaq:

“Nəzərdə tutulub ki, qanun layihəsi bu il qəbul olunsun və növbəti ilin yanvarın 1-dən qüvvəyə minsin. Qanun layihəsi qəbul edilərsə, növbəti ildə həmin məbləğ 90 milyon manat olacaq. Yəni, 1 il ərzində həmin məbləğin 3 dəfədən çox artması nəzərdə tutulub. Bu da özünəməşğulluq proqramlarının tətbiqinə imkan verəcək. İşsizlik müavinətinin 3 dəfə artırılmasına imkan verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti