...

Azexport Azərbaycan mallarını Amazona çıxarır

İqtisadiyyat Materials 8 Avqust 2017 13:37 (UTC +04:00)

Bakı. Trend:

Azexport Azərbaycan məhsullarının dünyanın aparıcı elektron ticarət portallarında təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, Azexportun Amazon-la əməkdaşlığı çərçivəsində "Fulfillment by Amazon" (FBA) xidməti indi Azərbaycanlı iş adamlarına da əlçatan oldu.

Amazon FBA xidməti sahibkarlarımıza məhsullarını ABŞ-da yerləşən 100-dən artıq anbarlarda yerləşdirmə, saxlanma, qablaşdırma və çatdırılma xidməti təklif edir. Maraqlı olan iş adamları Azexporta (https://azexport.az/index.php?route=information/contact) müraciət edə bilərlər.

Qeyd edək ki, Amazon.com dünyada İnternet üzərindən satışları həyata keçirən ən irimiqyaslı portaldır. Azexport portalı həmçinin Alibaba, e-Bay və Allbiz kimi iri portallara da inteqrasiya olunub, Azərbaycan məhsullarını bütün dünyaya sərgiləyir.

Xəbər lenti

Xəbər lenti