...

Azərbaycanda banklar il ərzində dollar satışını 2,7 dəfə azaldıblar

İqtisadiyyat Materials 9 Avqust 2017 11:51 (UTC +04:00)
2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda banklar 621,67 milyon dollar satıb.
Azərbaycanda banklar il ərzində dollar satışını 2,7 dəfə azaldıblar

Bakı. Ənvər Məmmədov - Trend:

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda banklar 621,67 milyon dollar satıb.

Trend-in Mərkəzi Bankın hesabatına əsasən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,7 dəfə azdır.

Bundan başqa hesabatda qeyd olunur ki, bank müştəriləri bu dövr ərzində nəğd formada 10,35 milyon funt sterlinq, 126,58 milyon avro və 1,09 milyard rubl alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti