...

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldə bilər

İqtisadiyyat Materials 5 Sentyabr 2017 19:53 (UTC +04:00)
Fitch Beynəlxalq Reytinq Agentliyi verdiyi reytinqləri geri çağırıb.
Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldə bilər

Bakı. Trend:

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldə bilər.

Azərbaycan Beynəlxalq Bankından Trend-ə verilən məlumata görə, bankın xarici öhdəliklərinin könüllü restrukturizasiyasının uğurla başa çatması nəticəsində, müddəti 2019-cu ilə qədər nəzərdə tutulmuş, 500 milyon ABŞ dolları həcmində avrobondların bankın balansından çıxarılmasını nəzərə alaraq Fitch Beynəlxalq Reytinq Agentliyi onlara verdiyi reytinqləri geri çağırıb.

Restrukturizasiya planına əsasən, Bankın yeni buraxılan və müddəti 2024-cü ilə qədər müəyyənləşən istiqrazlarına isə hələlik reytinqlər verilməyib. Agentliyin rəyində qeyd edilir ki, restrukturizasiya prosesindən sonrakı dövrdə bankın kredit profili haqqında kifayət qədər məlumat əldə etdikdən sonra Fitch Azərbaycan Beynəlxalq Bankının həm qısamüddətli yerli və xarici valyutada olan reytinqinin (IDRs), həm də Dayanıqlıq Reytinqinin (Viability Rating) yüksələcəyini gözləyir.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi 1 sentyabr 2017-ci il tarixində faktiki olaraq başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti