Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Fonddan Trend-ə verilən məlumata görə, görüşdə “Cənub Qaz Dəhlizi” layihəsi, ARDNF-nin də sərmayə yatırdığı AYİB-nin idarə etdiyi Səhm İştirak Fondu, Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsi və hesabatlılıq istiqamətində görülən işlər barədə müzakirələr aparılıb.