...

Bank VTB (Azərbaycan) Visa Platinum kart sahibləri üçün Lounge Key xidmətini təqdim edir

İqtisadiyyat Materials 19 Sentyabr 2017 16:50 (UTC +04:00)

Bakı. Trend:

Bank VTB (Azərbaycan) Visa Platinum kart sahibi olan müştərilərinə Lounge Key xidmətini təqdim edir.

Bankdan Trend-ə verilən məlumata görə, xidmət bankın Visa Platinum kartını təqdim etməklə hava limanlarındakı yüksək komfortlu zallardan istifadə etmək imkanı verir. Əvvəllər isə bu xidmətdən istifadə üçün illik ödənişi olan əlavə kart sifariş vermək tələb olunurdu.

Lounge Key proqramı dünyanın bir çox şəhərlərinin, o cümlədən Bakının hava limanında mövcud olan 850 sayda lounge-zallardan istifadə imkanı verən xidmətdir. Proqram sayəsində istifadəçi, aviaşirkətindən və biletinin sinfindən asılı olmayaraq yüksək rahatlıq üçün hər bir şəraitlə təmin olunmuş zaldan yararlana bilir.

Lounge Key xidmətindən istifadə etmək üçün VTB (Azərbaycan)-ın Visa Platinum premium kartlarının sahiblərinə banka gəlmək tələb olunmur. Bunun üçün dəyəri 27 dollar təşkil edən xidmət haqqını hava limanında platinum kartdan ödəmək kifayətdir. Kart sahibi həmçinin dəyərini ödəməklə Lounge Key zonasına öz qonağını da dəvət edə bilər. Dəvət olunacaq qonaqların sayı hər bir Lounge Key zalının şərtlərindən asılıdır. İki yaşadək uşaqlar üçün zaldan istifadə pulsuzdur.

Xidmət haqqında əlavə məlumat üçün müştərilər bankın 986 (Azercell istifadəçiləri üçün – 012 986) nömrəli Çağrı Mərkəzinə müraciət edə bilər.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti