23 dövlət əmlakı özəlləşdirilib (FOTO)

23 dövlət əmlakı özəlləşdirilib (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ötən gün keçirilən hərracda 23 dövlət əmlakı özəlləşdirilib.

Komitədən Trend-ə verilən məlumata görə, özəlləşdirilən əmlaklardan 4-ü kiçik dövlət müəssisəsi, 18-i istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarım tikilidir.

Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 12 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi, 6 istifadəsiz qeyri yaşayış sahəsi, 1 yarım tikili özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Xətai rayonunda, regionlardan isə Gəncə, Sumqayıt şəhərlərində və Kürdəmir rayonunda yerləşir.

Bu dəfəki hərrac da rəqabətli şəkildə keçib. Paytaxtın Nəsimi rayonunda yerləşən ümumi faydalı sahəsi 115 kv.m-ə yaxın olan qeyri yaşayış sahəsinin ilkin start qiyməti 55 min manat olsa da bu obyekt 93 min manata özəlləşdirilib. Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahələri arasında ən yüksək satış qiyməti də elə bu əmlakda qeydə alınıb. Hərracda ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi isə Sumqayıt şəhərində yerləşən 133 saylı yanacaqdoldurma məntəqəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 24,5 kv.m, torpaq sahəsi isə 1000 kv.m-ə yaxındır.

Hərracda xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Gəncə şəhərində yerləşən 27 saylı yanacaqdoldurma məntəqəsi bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 50 kv.m-ə yaxın torpaq sahəsi isə 1000 kv.m-dən çoxdur.

Paytaxtla yanaşı, regionlarda da özəlləşdirilən kiçik dövlət müəssisəsi orta və kiçik sahibkarlığın inkişafına imkan verə biləcək əmlaklardır. Paytaxtın Xətai rayonunda yerləşən 400 saylı mağaza, Kürdəmirdə olan Yardımçı təsərrüfat bu kateqoriyaya aid olmaqla sahibləri üçün gələcəkdə yaxşı qazanc gətirə bilər. Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 12-si paytaxtda, 6-sı isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 4-ü Suraxanıda, 2-si Sabunçuda, qalanları isə müvafiq olaraq Nəsimi, Nizami, Nərimanov, Binəqədi, Qaradağ, Səbail rayonlarında yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Sumqayıt, Lənkəran şəhərlərində, Şirvan, Samux, Quba, Xaçmaz rayonlarında yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 10 kv.m ilə 200 kv.m arasında dəyişir.

Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Binəqədi rayonunda yerləşən sahəsi 10 kv.m olan qeyri-yaşayış sahəsidir. Hərracda bir yarım tiklidə özəlləşdirilib. Bu sahəsi 500 kv.m olan Gədəbəydə yerləşən Məişət evinin yarımçıq tikilisidir.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac sentyabrın 26-da keçiriləcək.

TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb (FOTO)
TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb (FOTO)
Tramp Dağlıq Qarabağdan danışdı: Diqqətlə izləyirik
Tramp Dağlıq Qarabağdan danışdı: Diqqətlə izləyirik
Ceyhun Bayramovun estoniyalı həmkarı ilə telefon danışığı olub
Ceyhun Bayramovun estoniyalı həmkarı ilə telefon danışığı olub
Loading Bars
Xəbər lenti
Moskvada koronavirusdan daha 16 nəfər ölüb
Gecə klubunda atışma olub, 11 nəfər ölüb
TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb (FOTO)
Tramp Dağlıq Qarabağdan danışdı: Diqqətlə izləyirik
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
Ceyhun Bayramovun estoniyalı həmkarı ilə telefon danışığı olub
Ermənistan canlı itkilərinin sayını gizlədir - Yalnız bir qismi ilə bağlı siyahı yayıb
Müdafiə Nazirliyi: Düşmənin 550 nəfərdən artıq itkisi var, hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub
Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib (VİDEO)
Ceyhun Bayramovla ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı olub
Fəxrəddin Altun: Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzü qarşısında bir daha susur
Azərbaycanda hərbi vəziyyət bu gündən qüvvədədir
ABŞ Ermənistan və Azərbaycanı Qarabağda dərhal atəşkəsə çağırdı
Diqqət! Düşmən tərəfindən yayılan saxta xəbərlərə İNANMAYIN! (FOTO)
BMT-nin Baş katibi Dağlıq Qarabağ bölgəsində atəşkəsi bərpa etməyə çağırıb
Ermənistan ərazilər itirdiklərini etiraf etməyə başladı
Ombudsman Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin qətlə yetirilməsinə etiraz Bəyanatı yayıb
İtaliyalı senatorlar Ermənistanın Azərbaycana qarşı təxribatını pisləyib
Tərtərdə son vəziyyət: Bir tərtərli belə yaşadığı evi tərk etməyib
XİN Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində həlak olanların adını açıqladı
Rusiyalı deputat: Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır
"Qarabağ"ın futbolçusu: Doğma kəndimin düşməndən azad edilməsini sözlə ifadə edə bilmirəm
Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib (ƏLAVƏ OLUNUB-2)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 27.09.2020 tarixli bölüm
Türkiyədə koronavirusdan sağalanların sayı 275 min nəfəri ötüb
Diqqət! Sosial şəbəkələrdə yayılan saxta xəbərlərə İNANMAYIN! (FOTO)
Prezidentin köməkçisi diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri ilə videokonfrans formatında görüş keçirib
Səfərbərlik Xidməti: Hərbi vəziyyət ölkəmizdə səfərbərliyin elan olunması anlamına gəlmir
Müdafiə Nazirliyi: Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib (VİDEO)
Baş Prokurorluq: Beynəlxalq hüququ pozan Ermənistan hərbçilərinin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür
Polkovnik: Azərbaycan ordusu irəliləyir və Ermənistan təşvişdədir
Pakistan XİN: Ermənistan döyüş əməliyyatlarına son qoymalıdır
Mövlud Çavuşoğlu: Ermənistan bu dəfə cavabını döyüş meydanında almaqdadır
Ceyhun Bayramovun Avropa İttifaqının ali nümayəndəsi ilə telefon danışığı olub
Cəbhə bölgəsində qaz təminatı ilə bağlı məsələlər nəzarətdə saxlanılır
Azərbaycan Ermənistana qarşı tribunalın yaradılması üçün beynəlxalq təşkilatlara müraciət edəcək
Ermənilərin təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
FHN: Ermənistan atəşi nəticsində evlərdə və mülki obyektlərdə baş vermiş yanğınlar qısa müddətdə söndürülüb
Milli Məclisin sədr müavini: Qələbə şanlı Ordumuzundur!
Xaricdə yaşayan azərbaycanlılar bəyanat yayıb
Tanınmış erməni saytı çökdürüldü - "Ilham Aliyev: Karabakh is Azerbaijan!" qeydləri yerləşdirildi
Prezident İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb
"Azİz": Biz Ermənistandan işğalçı siyasəti dayandırmağı, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyi tələb edirik
Azərbaycan XİN rəhbərinin Toivo Klaarla telefon danışığı olub
Hikmət Hacıyev: Murov zirvəsinin azad olunması Azərbaycan Ordusuna böyük strateji üstünlük verir
Baş Prokurorluq: Mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib
Ermənistan itkilərini açıqladı: 16 ölü, 100-dən çox yaralı
Leyla Abdullayeva: Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin bu irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Hikmət Hacıyev: Bu qələbəni gətirəcəyik
Anar Eyvazov: Düşmənin çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilir
Hikmət Hacıyev: Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş torpaqların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir
Hikmət Hacıyev: Bu gecədən hərbi vəziyyət elan edilir
Vətənpərvər ruhlu kompozisiyalar - "Paşam hey!", "Atəş"
Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub
Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub
Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır (VİDEO)
Düşmənin yalan məlumatlar yayan saxta səhifələri - ONLARA İNANMAYIN! (FOTO)
Paşinyan Qarabağdakı ermənilərə müraciət etdi: Ermənistana Qaçın!
Ermənistan ordusunda kəskin qan çatışmazlığı müşahidə edilir
Vaqif Dərgahlı: Müdafiə Nazirliyinin rəsmi saytına müraciətlərin çoxluğu səbəbindən bir sıra texniki problemlər yaşanır
Polşa XİN Ermənistanı və Azərbaycanı Qarabağla bağlı sülh danışıqlarına qayıtmağa çağırdı
Dövlət Baxçalı: Qanımızla, canımızla, varlığımızla Azərbaycanın yanındayıq
Millət vəkili cəbhə bölgəsində mövcud durumla bağlı fikirlərini bölüşüb
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon dnaışığı olub
NATO Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını bəyan edib
ATƏT-in hazırkı sədri Dağlıq Qarabağ münaqişəsində deeskalasiya ilə bağlı çağırış edib
İran XİN Bakı və Yerevanı dərhal atəşi dayandırmağa və danışıqlara başlamağa çağırdı
Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində elektrik yarımstansiyası sıradan çıxıb
Naqif Həmzəyev: Tezliklə üçrəngli bayrağımız Şuşada dalğalanacaq
Cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar olaraq “Azərişıq” ASC-də Xüsusi Qərargah yaradılıb
Mustafa Şentop və Sahibə Qafarova arasında telefon danışığı olub
Azərbaycan QHT-ləri xalqa müraciət edib
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diaspor nümayəndələrinə müraciət edib
Rusiya kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini yayımlayıb (FOTO)
MN: Ağdərə yaşayış məntəqəsində yerləşən erməni qarnizonuna təslim olmaq təklif edilib
Avropa Şurasının Baş katibi Dağlıq Qarabağda gərginliyi dayandırmaq üçün səy göstərməyə çağırıb
Mədəniyyət xadimləri və yaradıcı şəxslər Ermənistanın hərbi təcavüzü ilə bağlı Azərbaycan xalqına müraciət etdi
XİN: Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasına kömək etməyə hazırdır
BQXK tərəfləri mülki şəxsləri fərqləndirməyə çağırır
Almaniya XİN rəhbəri Ermənistan və Azərbaycanı gərginliyi azaltmağa və danışıqlara çağırıb
Zakir Həsənov cəbhədə baş verən düşmən təxribatının detallarından danışıb
Baş Prokurorluq: Mülki əhalidən yaralananların sayı 14-ə çatıb
Prezident İlham Əliyev: Biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik, biz heç kimin torpağına göz dikməmişik
Prezident İlham Əliyev: Mən Ermənistana xəbərdarlıq etmişdim
Prezident İlham Əliyev: Bütün Azərbaycan xalqını təbrik edirəm!
Ermənistan iyrənc ənənəsinə sadiq qalaraq mülki əhalini, yaşayış evlərini hədəfə alıb - Deputat
Əli Əhmədov: Bunlar çoxdan gözlədiyimiz qələbənin ilk müjdələridir
Fransa XİN Dağlıq Qarabağda gərginliklə bağlı bəyanat yayıb
Ermənilərin hədəf aldığı Ağdam rayon sakininin vəziyyəti ağırdır
Səfərbərlik Xidməti: Ölkədə yaşayan azsaylı xalqların məcburi qaydada cəbhə bölgəsinə göndərilməsi yalandır
Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
Prezident İlham Əliyev: Bizim məqsədyönlü səylərimiz nəticəsində bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür var
Azərbaycanın siyasi partiyaları Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar
Zakir Həsənovla Hulusi Akar arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var
Ukrayna XİN Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi ilə bağlı bəyanat yayıb
Müdafiə Nazirliyi düşmən texnikalarının məhv edilmə görüntülərini yaydı
Azərbaycanda 128 nəfər koronavirusa yoluxdu, 132 nəfər sağaldı, 1 nəfər vəfat etdi
Prezident İlham Əliyev: Ordumuzun uğurlu əks-hücum əməliyyatı nəticəsində bir neçə yaşayış məntəqəmiz işğaldan azad edilib
Bütün xəbərlər