...

"Veysəloğlu Qrup" əməkdaşlarının yüksək balla tələbə adını qazanmış övladlarına aylıq təqaüd ayırıb (FOTO)

İqtisadiyyat Materials 30 Oktyabr 2017 14:23 (UTC +04:00)
“Veysəloğlu Qrup” rəhbərliyi şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək bal ilə tələbə adını qazanan övladları ilə görüş keçirib.
"Veysəloğlu Qrup" əməkdaşlarının yüksək balla tələbə adını qazanmış övladlarına aylıq təqaüd ayırıb (FOTO)

Bakı. Trend:

“Veysəloğlu Qrup” rəhbərliyi şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək bal ilə tələbə adını qazanan övladları ilə görüş keçirib.

Şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına aylıq təqaüd müəyyən edib.

Bu gün Veysəloğlu Qrup Təlim və Tədris Mərkəzində şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək bal ilə qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında növbəti görüş keçirilib. Görüşdə şirkət rəhbərliyi yüksək bal toplayaraq ölkənin və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nəaliyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqlı vətəndaş olmağı arzulayıb.

Tədbir zamanı həmçinin şirkət əməkdaşları və övladları ölkəmizdə təhsilə verilən qiymət, yaradılan şəraitdən razı qaldıqlarını bildirib, öz növbəsində şirkət rəhbərliyi tərəfindən də göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, "Veysəloğlu" şirkətinin 16 nəfər əməkdaşının övladı 2017-2018 təhsil ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarından uğurla keçərək ölkəmizin və xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olublar. Onlar əldə etdikləri yüksək nəticəyə görə Veysəloğlu Tələbə Təqaüd Proqramının (VTTP) İştirakçısı olmağa haqq qazanıb. Belə ki, şirkət əməkdaşlarının ali məktəbələrə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən övladları ilə bərabər, 500-600 bal arası nəticə göstərən övladlarına da aylıq təqaüd ödəniləcəkdir. Bundan başqa 300-500 bal arası nəticə göstərənlərə isə birdəfəlik mükafatlar verilib.

Xatırladaq ki, "Veysəloğlu" Şirkətlər Qrupu 2013-cü ildən etibarən “Veysəloğlu Tələbə Təqaüd Proqramı”nı həyata keçirməkdədir. Təqaüd Proqramına əsasən, ümumilikdə 50-ə yaxın şirkət əməkdaşının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və birdəfəlik təqaüdlər ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti