...

Ölkədə kənd təsərrüfatı bitkiləri peyklə monitorinq olunacaq

İqtisadiyyat Materials 3 Noyabr 2017 20:00 (UTC +04:00)
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı bitkilərinin monitorinqi üçün “AzerSky” aşağıorbitli peykin xidmətlərindən yararlanmağa davam edəcək
Ölkədə kənd təsərrüfatı bitkiləri peyklə monitorinq olunacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı bitkilərinin monitorinqi üçün “AzerSky” aşağıorbitli peykin xidmətlərindən yararlanmağa davam edəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə nazirlik aparatının rəhbəri İlham Bayramov deyib.

O qeyd edib ki, nazirlik artıq dörd pilot rayonda bu cür tədqiqatlar aparıb: “Gələn il bütün ölkə ərazisində monitorinqləri keçirmək niyyətindəyik”.

Qeyd edək ki, Azərbaycanın “AzerSky” aşağıorbitli peykindən əldə edilən görüntülər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Torpaq sahələrinin eyniləşdirilməsi sistemi” layihəsi çərçivəsində istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti