...

Bakıda Portuqaliya şərabı təqdim olunacaq

İqtisadiyyat Materials 16 Noyabr 2017 13:04 (UTC +04:00)
Portuqaliyanın Bakıdakı Nümayəndəliyi və Fəxri Konsulluğu noyabrın 21-də Şur restoranında bu ölkənin sevilən ticarət nişanı hesab edilən şərab dequstasiyası və milli musiqisi Fadonun təqdimatını həyata keçirəcək.
Bakıda Portuqaliya şərabı təqdim olunacaq

Bakı. Trend:

Portuqaliyanın Bakıdakı Nümayəndəliyi və Fəxri Konsulluğu noyabrın 21-də Şur restoranında bu ölkənin sevilən ticarət nişanı hesab edilən şərab dequstasiyası və milli musiqisi Fadonun təqdimatını həyata keçirəcək.

Bu barədə Trend-ə nümayəndəlikdən məlumat verilib.

Maria Ana Bobone yekdilliklə öz dövrünün ən yaxşı Fado ifaçısı kimi qəbul edilir.

O, Fado ifa etməyə Milli Musiqi Kanservatoriyasında piano və ifaçılıq fakultəsində təhsilini başa vurduqdan sonra başlayıb.

Onun ilk albomu “Alma Nova” parlaq karyerasının başlanğıcı hesab edilə bilər. O, daha sonra MA Recordings üçün “Luz Destino” və “Senhora da Lapa” adlı iki albomunu çıxarıb və bu albomlarında o, zərif musiqi zövqünü ortaya qoymaqla yanaşı, həm də Fadoya ənənəvi olan Portuqal gitarasından əlavə olaraq, iki təzə musiqi alətini-klavesin və saksafonu gətirib.

Maria Ana müntəzəm olaraq, dünyanın bir sıra festivallarında və konsert zallarında (İngiltərə, ABŞ, Braziliya, İsveç, Belçika, Danimarka, İspaniya, İsveçrə, Fransa, Meksika, İtaliya, Mərakeş, Malta, Niderland, Hindistan, Misir..) çıxış edərək Fado musiqisi və Portuqaliya mədəniyyətini nümayiş etdirib.

O, 2012-ci ilin İyun ayında “Fado və Piano” adlı albomunu çıxarıb. Bu albomunda Maria Ana, prodüser Rodrigo Serran ilə birgə istedadını tam şəkildə ortaya çıxarıb: bəstələmək, söz yazmaq, ifa, musiqi aranjimanı, və həm də bütün mahnıları pianoda ifa edərək, o, Fado musiqisi üçün bu musiqi alətinə üstünlük verdiyini göstərib.

2014-cü ilin dekabrında çıxan ən sonuncu CD-si “Smooth”da , MTV sənətçisi Maria Ana, Portuqaliya milli gitarasından elektronik gitaraya keçərək, öz mahnılarını özü yazaraq və caz, kantri (country) və hətta pop-rok kimi musiqi növlərini kəşf edərək tamailə yeni sənət yolunu üzə çıxarıb.

Portuqaliya şərab İstehsalçısı olan “Wine With Spirit” (h.t:“Ruha malik şərab”) bazara qeyri-adi hekayəsi olan, dadlı, eksklusiv və yeni dadda şərabları gətirməyi qarşısına məqsəd qoyan bir şirkətdir. Əsası şərab istehlakının çılpaq texniki-bioloji cəhətlərlə deyil, emosiya və yaşanılan anlarla əlaqəli olduğuna inanan Portuqaliyalı şərab sevərlər tərəfindən qoyulan “Wine With Spirit” ilk gündən bəri global brend kimi dizayn olunur və 4 qitənin bir çox ölkələrində bazara çıxarılır.

“Biz təkcə yemək yanında içilmək üçün şərab istehsal etmirik, biz şərabla insanlar arasında yaranan münasibəti bəsləməyə çalışırıq. Wine With Spirit-də biz inanırıq ki, hisslərlə şərab arasında sıx bağlılıq var və biz əminliklə bilirk ki, bu bağlılığı necə töhvələndirmək lazımdır. Biz emosiyaları qablaşdırırıq və buna görə də bu şərabları dadanda yaşanılan həzz və çaşqınlıq unudulmaz olacaq. Biz şərabı və həm də həyatı birlikdə yaşadırıq.

Almaniyada keçirilən Şərab Biznes İnnovasiyaları 2014 Zirvə Toplantısında dünyanın ən yenilikçi şərab istehsalçısı qəbul edilən və 100 ildən çox şərabdüzəltmə təcrübəsinə malik “Wine With Spirit”, əyləncənin və yaxşı vaxt keçirməyin şərab içməyin və həyatı yaşamağın yeni yolunun əsasını təşkil etdiyi paylaşmə və qarşılıqlı əlaqə dünyası olan “Enotainmnet”i yaratmışdır.

Ənənəvi şərab istehsalçılarından fərqli olaraq, biz, əvvəlcədən aparılan etnoqrafik araşdırma sayəsində, alıcıların ehtiyac duyduğu anları və emosiyaları əks etdirən, güclü və asan müəyyən edilən brendlər və yüksək keyfiyyətli şərab istehsal etmək üçün bazardan üzümlüklərə doğru işləməyə başlayırıq. Əldə edilən bu məlumatı daha sonra, əvvəlki araşdırmaya cavab verən yüksək keyfiyyətli şərab istehsal etmək üçün üzüm sahələrinə yönəldirik.

Bizim oenoloji (şərab və şərab istehsalı sənəti) sərbəstliyimiz bizi həyatın hər anı üçün mükəmməl maye tərkib axtarmağa yönəltmişdir. Biz asan içilən, emosional olaraq cəlb edən, yüksək keyfiyyətli və Üzüm Yütişdirmə Komitəsinin təsdiq olunmuş keyfiyyət kriteriyalarına cavab verən şərab düzəltmək və istehsal etmək üçün premium Portuqaliya üzümlərini seçirik. Bu standardlara cavab verə bilmək niyyəti bizi bazarları insanları, torpağı və üzümlükləri, ətri və dadı öyrənməyə vadar edir. Və bütün bunların sayəsində biz bir sıra milli və beynəlxalq mükafatlar almışıq.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti