...

"Asstra" "Heavy Caspian 2017" nəhəngləri arasında

İqtisadiyyat Materials 17 Noyabr 2017 09:55 (UTC +04:00)
"Asstra" "Heavy Caspian 2017" nəhəngləri arasında

Bakı. Trend:

“Heavy World” şirkətinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtında VI Beynəlxalq "HEAVY CASPIAN 2017” Konfransı keçirilib. Rusiya və MDB-də bənzəri olmayan forum nəqliyyat sahəsində mühüm hadisəyə çevrilib.

Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə yönəlmiş "Heavy Caspian 2017" tədbiri artıq 6 ildir keçirilir. Konfrans ənənəvi olaraq Astana şəhərində keçirilib, təşkilatçılar isə onu 2017-ci ildə Daşkəndə köçürdüblər.

"Heavy Caspian 2017" konfransı əndazəsiz və layihə yüklərinin daşınması və quraşdırılması bazarının iri oyunçularını bir araya toplayıb. Konfransda Qazaxıstan, Rusiya, Özbəkistan, Türkiyə, Gürcüstan, Almaniya, İngiltərə, İtaliya və Lüksemburqdan olan 130-dən çox nümayəndə iştirak edib.

“Asstra” belə bir vacib tədbirdən kənarda qala bilməzdi və keçirilmiş konfransda fəal iştirak edib. “Asstra” şirkətinin Əndazəsiz və ağırçəkili yüklər şöbəsinin mütəxəssisi İrina Kapuza sözügedən hadisə barədə təəssüratlarını bölüşüb: "Heavy Caspian 2017" konfransı yüksək informasiya dolğunluğu və iştirakçıların dinamik ünsiyyəti ilə fərqlənib. Özbəkistan kifayət qədər qapalı ölkədir, burada iqtisadi sahələrin əksəriyyəti dövlətin ciddi nəzarəti altındadır. Bu, ilk növbədə bizim nəqliyyat-logistika sahəsimizə aiddir. Dövlət tənzimləyici orqanlarının rəsmi şəxsləri iştirakçılara Özbəkistanın reallıqda daşımalarının təşkili xüsusiyyətləri və neft- qaz sahəsinin inkişafı barədə fikirlərini söyləyiblər.

Mərkəzi Asiyada daşımaların təşkilində əməli təcrübəyə malik nəqliyyat-logistika şirkətləri bu regionun çətin coğrafi şəraitində müxtəlif nəqliyyat növləri ilə iriqabaritli və ağırçəkili yüklərin çatdırılmasının xüsusiyyətlərinin əyani nümayişini göstəriblər. Fikir mübadiləsi həqiqətən də praktiki əhəmiyyət daşıyanda təşkilatçılar dövlət orqanlarının nümayəndələri və daşımaların bilavasitə icraçıları arasında fəal dialoq qura biliblər”.

“Uzbeknefteqaz” Milli Holdinq Şirkətinin İnnovasiyalar və lokallaşdırma şöbəsinin müdiri Bahadur Alişer Özbəkistan Respublikasının 2017-2020-ci illər üzrə neft-qaz sahəsinin inkişafının prioritet istiqamətlərinə diqqət çəkib. Mövcud neft emalı müəssisələri məhsulu olduqca kobud təmizlənmiş şəkildə tədarük edirlər. Məhsulun keyfiyyətini və neft məhsullarının emal dərinliyini yüksəltmək məqsədi ilə ölkə rəhbərliyi tərəfindən özbək neft emalı zavodlarında avadanlığın yenilənməsinə və yeni müəssisələrin tikilməsinə qərar verilib. Neft emalı avadanıqlarının – sobalar, kompressor avadanlığı, saflaşdırılmış kolonlar – tədarüklərinin əsas tarixləri Qərbi Avropa, Koreya, Yaponiya, Hindistan, CAR və ABŞ-dan 2018-2022-ci illər üçün planlaşdırılıb.

Belə ki, yaxın gələcəkdə bu bölgədə çoxsaylı iri layihələr planlaşdırılıb, dövlət orqanları tərəfindən ətraflı təlimatlar və bu cür dialoq xidmətlərin yeni tədarükçüləri üçün Özbəkistan Respublikasının neft-qaz sahəsinin inkişafına dəvətə xidmət edib. “Konfransın strukturu ümumi mövzuda birləşdirilmiş məruzəçilərin çıxışları ilə birlikdə informasiya blokları şəklində təqdim olunub. Toxunulan məsələlərin təcrübə ilə nə qədər əlaqəsinin olduğunu qiymətləndirmək üçün hər çıxışın sonunda məsələlərin müzakirəsinə əlavə vaxtın ayrılması mühüm addım idi. Sərgi çox dostcasına mühitdə keçirilib. “Heavy Caspian 2017”yə toplaşmış iştirakçılar təcrübə mübadiləsinə köklənmişdilər və yeni təmaslara açıq idilər. Belə ki, Mərkəzi Asiya regionu bizim üçün böyük maraq doğurur, biz bu regionda logistik xidmətlərin potensial tədarükçüləri ilə təmas qurmağa, eləcə də əyani təqdimatlarda təqdim olunmuş əməli təcrübəni əxz etməyə nail ola bildik” – deyə İ. Kapuza şərh edib.

Hazırda Mərkəzi Asiya ölkələri Xəzər dənizinin şelfində kəşf edilmiş ehtiyatları fəal mənimsəyirlər. Dəniz qazma platformalarının yerləşdirilməsi, dəniz şelfinin dibinin möhkəmləndirilməsi və yeni neft emalı obyektlərinin tikintisi üzrə layihələrin hazırlanmasına tələbatlar artır. “AsstrA”nın analitikləri proqnozlaşdırırlar ki, neft və qaz hasilatı sahəsi, eləcə də ilkin neft emalı üçün neft hasilatı və geoloji kəşfiyyat texnologiyalarının inkişafı sənaye istehsalı sahəsində işləyən iri şirkətlərin cəlb olunmasını tələb edəcək.

“AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq nəqliyyat-logistika holdinqidir. Holdinq logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 16 ölkəsində təmsil olunub. “AsstrA” müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən kompleks xidmətlər təqdim edir. “AsstrA” ofislərinin geniş coğrafiyası və peşəkarlarla əməkdaşlığı sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır. “AsstrA” Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir.

Əlaqə üçün: email: [email protected], mоб.: +994 55 813 59 74, WhatsApp & Viber: +48 576147796, Website: http://www.asstra.com/az/ fb: https://www.facebook.com/AsstrAsia/?ref=bookmarks

Məqalədə:
Xəbər lenti

Xəbər lenti