...

Rusiya Xəzərin statusu ilə bağlı görüşə təşəbbüs göstərəcək - DEKABRDA (YENİLƏNİB)

İqtisadiyyat Materials 20 Noyabr 2017 13:19 (UTC +04:00)
Rusiya tərəfi dekabr ayında Xəzərin statusu ilə bağlı görüşə təşəbbüs göstərəcək
Rusiya Xəzərin statusu ilə bağlı görüşə təşəbbüs göstərəcək - DEKABRDA (YENİLƏNİB)

Bakı. Trend:

Rusiya tərəfi dekabr ayında Xəzərin statusu ilə bağlı görüşə təşəbbüs göstərəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Nazir deyib: “Biz Xəzərin hüquqi statusu barədə fikir mübadiləsi apardıq. Rusiya dekabrın əvvəlində nazirlər səviyyəsində yeni məsləhətləşmələrə təşəbbüs göstərəcək. Əlbəttə, Azərbaycan nümayəndə heyəti orada iştirak edəcək. Bizə Xəzər dənizinin hüquqi statusu məsələsinin həlli üçün Xəzəryanı dövlətlərin sammitinin təşkil olunmasına imkan verəcək işgüzar ideyalar mövcuddur”.

Xəbər lenti

Xəbər lenti