...

"AccessBank" "Hər tərəfdən sərfəli" kampaniyaya başlayır

İqtisadiyyat Materials 27 Noyabr 2017 12:35 (UTC +04:00)
"AccessBank" "Hər tərəfdən sərfəli" kampaniyaya başlayır.
"AccessBank" "Hər tərəfdən sərfəli" kampaniyaya başlayır

Bakı. Trend:

"AccessBank" "Hər tərəfdən sərfəli" kampaniyaya başlayır.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Sizin hələ da kartınız yoxdur? Sərfəli kart axtarırsınız? Bəs yeni İPhone X necə, qazanmaq istəyirsiniz? O zaman indi əsl məqamdır. "AccessBank"ın başladığı yeni “Hər tərəfdən sərfəli” endirimli və uduşlu kampaniyasından yararlanın.

27.11.2017 – 31.01.2018 tarixləri arasında keçiriləcək kampaniya çərçivəsində bankın təqdim etidiyi Mastercard Debit, Mastercard Standard, Mastercard Gold, Visa Classic və Visa Gold kartlarını bankdan 50% endirimlə əldə etmək mümkün olacaq.

Bundan başqa, 31 yanvar 2018-ci il tarixinədək "AccessBank"ın Visa və Mastercard kart sahibləri nağdsiz ödəniş etməklə 2 ədəd yeni İphone X qazanmaq imkanı əldə edəcəklər.

Uduşlu kampaniyada iştirak etmək üçün "AccessBank" tərəfindən buraxılmış Visa və MasterCard ödəniş kartları ilə (maaş kartları və Visa Business kartları istisna olmaqla) Azərbaycan Respublikası ərazisində və ölkədən kənarda yerləşən istənilən ticarət-xidmət müəssisəsində, həmçinin, İnternet üzərindən məhsullar və ya xidmətlər üzrə min. 20 AZN (və ya valyuta ekvivalenti) və ya ondan yuxarı məbləğdə nağdsız əməliyyat aparmaq (uduşda iştirak etməyən əməliyyatlar istisna olmaqla) kifayətdir.

Qaliblər kampaniya müddətində bankın kartları vasitəsilə edilən əməliyyatların hesabatı nəticəsində seçiləcəkdir. Ən çox sayda və ən böyük məbləğdə əməliyyat edən 2 müştəri yeni İphone X qazanacaq.

"AccessBank"ın kartlarını, bankın ölkə ərazisində mövcud olan geniş filial şəbəkəsindən və ya bu linkdən onlayn sifariş etmək mümkündür.

Öz rəqabətqabiliyyətliliyi ilə seçilən "AccessBank"ın beynəlxalq ödəniş kart çeşidləri vasitəsilə myAccess onlayn bankinq, SMS-məlumatlandırma, Card-to-Card, Cash by Code, 3D Secure və s. xidmətlərdən də istifadə etmək mümkündür.

Ətraflı məlumatı Bankın rəsmi internet saytından, facebook və twitter səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti