...

Dəmir yolunda gücləndirilmiş iş rejiminə keçildi (FOTO)

İqtisadiyyat Materials 25 Dekabr 2017 14:55 (UTC +04:00)
Yeni təqvim ili ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub.
Dəmir yolunda gücləndirilmiş iş rejiminə keçildi (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Yeni təqvim ili ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub. Sərnişin qatarlarına əlavə vaqonlar qoşulub.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il ərəfəsində gucləndirilmiş iş rejimində çalışır.

Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni təqvim ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə sayda vaqonların qoşulması təmin edilir.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti